“Bu deputatlara xüsusi imtiyazlar verilsin” – Razi Nurullayevdən TƏKLİF 

“Bu deputatlara xüsusi imtiyazlar verilsin” – Razi Nurullayevdən TƏKLİF 

Hazırda oxunan: “Bu deputatlara xüsusi imtiyazlar verilsin” – Razi Nurullayevdən TƏKLİF 

41106

“Mən Qüdrət Həsənquliyevin dedikləri ilə tam razıyam, Müstəqillik Günü haqqında” qanun layihəsində dəyişiklik manipulyasiya olunur. Bu belə bir məsələdir ki, burada iqtidar və müxalifət olmamalıdır. Bu gün YAP-ın deputatlarının çıxışı məni qane etdi. Bu cümhuriyyət bizim hamımızındır. Burada müxalifət və iqtidar fikir ayrılığını kənara qoymalıyıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.  

O, bildirib ki, burada iqtidar müxalifət söhbəti ola bilməz.  

Həmçinin deputat “İstiqlalçı deputatlar”ın mükafatlandırılmasında həmkarı Vahid Əhmədovun təklifinə dəstək verdiyini də bildirib. 

“Mən Vahid müəllimin təklifinə dəstək vermək istəyirəm. “İstiqlalçı deputatlar”a xüsusi imtiyazlar tətbiq olunmalıdır.  İstər 18-ci ildə, istərsə də, 1991-ci ildə müstəqilliyə səs verən insanlar bunun bəhrəsini görməlidirlər. Bu il müstəqilliyin 30 illiyini qeyd etdiyimiz üçün həmin insanlar mükafatlandırılmalıdır”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO