Almaniyalı səfir Gəncədə ermənilərin dağıtdığı evlərə baxdı

Almaniyalı səfir Gəncədə ermənilərin dağıtdığı evlərə baxdı

Hazırda oxunan: Almaniyalı səfir Gəncədə ermənilərin dağıtdığı evlərə baxdı

0:00
0:00
40582

Almaniyanın Azərbaycandakı səfiri Volfgang Maning Gəncəyə gedib və Vətən Müharibəsi illərində Ermənistanın raket zərbələri nəticəsində məhv edilən şəhərin ərazilərini gəzib.

Bizim.Media xəbər verir ki, səfir həlak olmuş mülki vətəndaşların xatirəsi şərəfinə dağılan evlərin ətrafına gül dəstələri qoyub.

Diplomata məlumat verilib ki, 44 günlük müharibə müddətində Gəncə səkkiz dəfə Ermənistandan atəşə tutulub.

Raket hücumları nəticəsində 6-sı uşaq, 10 qadın olmaqla 26 mülki şəxs ölüb, 120-dən çox insan yaralanıb, 20-dən çox ev tamamilə dağılıb, 100-dən çox evə və bir çox obyektə ciddi ziyan dəyib.

Xatırladaq ki, əvvəllər almaniyalı səfir xarici diplomatların Azərbaycanın azad edilmiş ərazilərinə səfərlərində iştirak etməmişdi. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO