Türkiyə ABŞ-dan 40 yeni F-16 qırıcı təyyarə almaq istəyir – DETALLAR

Türkiyə ABŞ-dan 40 yeni F-16 qırıcı təyyarə almaq istəyir – DETALLAR

Hazırda oxunan: Türkiyə ABŞ-dan 40 yeni F-16 qırıcı təyyarə almaq istəyir – DETALLAR

40505

Türkiyə ABŞ-dan 40 ədəd “F-16 Block 70” qırıcı təyyarə almaq, həmçinin Amerika tərəfinin köməyi ilə əvvəlki modifikasiyalarda olan 80 ədəd F-16-nı modernləşdirmək istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstanın Defensereview nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə Müdafiə Nazirliyi Vaşinqtona niyyət məktubu göndərib. Bu, ABŞ-la müdafiə müqaviləsinin birinci mərhələsi hesab edilir.

Amerika tərəfi bundan sonra gələcək əməliyyatın ABŞ qanunlarına uyğun olmasını təmin etmək üçün lazımi yoxlamalar aparmalı, tələb olunan sistemlərin qiymətini hesablamalı və ABŞ Dövlət Departamentinin təsdiqini aldıqdan sonra ABŞ Konqresinə məlumat verməlidir.

Maraqlıdır ki, daha əvvəl Ankarada bildiriblər ki, S-400 zenit-raket komplekslərinin tədarükündən sonra Rusiya ilə 4-cü nəsil Su-35 qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparılır.

Yeri gəlmişkən, rus sistemləri səbəbindən amerikalılar Türkiyəni beşinci nəsil F-35 qırıcılarının istehsalı və tədarükü proqramından çıxarıblar. 

ABŞ-ın reaksiyasına cavab olaraq Türkiyə hakimiyyəti və Prezident Rəcəb Ərdoğan dəfələrlə bildirib ki, heç kimin onlara silahı haradan alacağını söyləməyə haqqı yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO