Almaniyada Türkiyənin xeyrinə casusluq edən şəxs həbs edildi

Almaniyada Türkiyənin xeyrinə casusluq edən şəxs həbs edildi

Hazırda oxunan: Almaniyada Türkiyənin xeyrinə casusluq edən şəxs həbs edildi

40068

Almaniya polisi Düsseldorf şəhərində Türkiyəyə casusluq etməkdə şübhəli bilinən bir türkü həbs edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Deutsche Welle” nəşri yayıb.

Mənbə yazır ki, 40 yaşlı kişi Köln rayonunda Gülən hərəkatının tərəfdarları haqqında məlumat toplamaqda şübhəli bilinir. Prokurorluq həmçinin hesab edir ki, Əli D. Türkiyə kəşfiyyatının adından və onun rəhbərliyi altında hərəkət edib.

17 sentyabr cümə günü Alman xüsusi təyinatlıları Düsseldorfdakı bir otelə girərək Gülən hərəkatının tərəfdarlarının adlarının siyahısını tapıblar.

Polis müstəntiqləri Əli D.-nin üzərindən tapança və 200 ədəd patron da götürüblər. Federal baş prokurorun sözçüsü istintaq başlatmaq üçün "kifayət qədər sübut"un ortaya çıxdığını söyləyib.

Bu illər ərzində Türkiyə dəfələrlə rəsmi Berlini Almaniyada olduğu güman edilən Gülən tərəfdarlarına qarşı tədbir görməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO