Əfqanıstanın təhsil naziri vəzufəsini icra edən Nurullah Münir Türkiyənin bu ölkədəki səfiri Cihad Erginay ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Əfqanıstan” nəşri yayıb.
Mənbə yazır ki, danışıqlar təhsil sahəsindəki əməkdaşlıqdan gedib.
MÖVZU İLƏ BAĞLI:
Taliban “ölüm batalyonu”nu Çin və Tacikistanla sərhədə göndərdi
Türkiyə tərəfi, xüsusilə Əfqanıstanın ucqar bölgələrində məktəb tikintisi ilə bağlı əməkdaşlığa hazır olduğunu bildirib.
Taliban da öz növbəsində Türkiyəyə Əfqanıstanlı tələbələr üçün təqaüd fondları yaratmağı təklif edib.
Kanalın müəlliflərinin qeyd etdiyi kimi, təhsil sahəsi ənənəvi olaraq Türkiyənin məşhur "yumşaq gücünün" ən vacib komponenti olub.
Bizim.Media