Türkiyə XİN-dən Naxçıvan Sazişi ilə bağlı PAYLAŞIM

Türkiyə XİN-dən Naxçıvan Sazişi ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: Türkiyə XİN-dən Naxçıvan Sazişi ilə bağlı PAYLAŞIM

39913

“Bu il noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurasının inkişafı ilə bağlı əhəmiyyətli qərarların veriləcəyi 8-ci Sammiti Zirvə toplantısı türk dünyasının birliyinin və həmrəyliyinin daha da möhkəmlənməsində tarixi dönüş nöqtəsi olacağına inanırıq”.

Bizim.Media xəbər verir ki, bu, Türkiyənin Xarici İşlər Nazirliyinin 3 Oktyabr “Türkdilli Ölkələrin Əməkdaşlıq Günü” - Naxçıvan Sazişinin ildönümü ilə əlaqədar açıqlamasında qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Xarici İşlər Nazirliyindən türkdilli ölkələrə TƏBRİK


Bildirilib ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması ilə bağlı 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan Sazişi hər il qeyd olunmaqdadır:

“Türk cümhuriyyətlərinin müstəqilliklərinin bərpasının 30-cu ildönümü olduğu bu il Naxçıvan Anlaşmasının 12-ci ildönümünü fərqli bir coşqu və qürurla qeyd edirik və Türk Şurasının genişlənməsindən məmnunuq.

Geniş Avrasiya coğrafiyasına yayılan Türk Dünyasının ortaq dilinə, tarixinə və mədəni dəyərlərinə əsaslanan əməkdaşlıq iradəsini təmsil edən Türk Şurası bölgəsində və dünyada sülhə, firavanlığa və sabitliyə xidmət etməyə davam edəcək”.

Açıqlamada noyabrın 12-də Türkmənistanın da müşahidəçi olaraq qatılacağı Sammitin əhəmiyyəti də qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO