Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi türkdilli ölkələri 3 oktyabr - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü - Türkdilli Ölkələrin Əməkdaşlığı Günü münasibətilə təbrik edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan XİN-dən Çin barədə PAYLAŞIM - FOTO
Bizim.Media xəbər verir ki, nazirlik bu barədə özünün tvitterdəki səhifəsində təbrik yayıb.
“Bütün türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik”, - təbrikdə qeyd edilir.
Bizim.Media
3 Oktyabr-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının @TurkicCouncil əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü, #Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür. Bütün Türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik! pic.twitter.com/ccnyrs9mV2
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 3, 2021