SON DƏQİQƏ: Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı

SON DƏQİQƏ: Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı

Hazırda oxunan: SON DƏQİQƏ: Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı

39747

Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib ki, Gürcüstan səfiri keçmiş prezident Mixail Saakaşvilinin saxlanmasının səbəbləri və şərtləri barədə rəsmi məlumat almaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstanda saxlanıldığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvilini 6 illik həbs gözləyir? - DETALLAR 


Bir müddət əvvəl Qaribaşvili Saakaşvilinin qalstuk kolleksiyası ilə birlikdə vətəninə qayıtdıqdan sonra rahat şəkildə həbsdə olacağına söz vermişdi.

"Gürcüstanda Ukrayna vətəndaşı Saakaşvilinin saxlanılması ilə bağlı mətbuatda məlumatlar görürük. Gürcüstanın Ukraynadakı səfirliyinin rəhbəri belə bir saxlamanın əsasları və şərtləri ilə bağlı rəsmi məlumat almaq üçün Xarici İşlər Nazirliyinə dəvət olunub", - Oleq Nikolenko Twitter -də yazıb.
 

Daha əvvəl Saakaşvili guya Gürcüstanın Batumi şəhərində olduğu haqda bir video mesaj yaymışdı. Video gecə çəkilib, arxa planda Batumiyə bənzər şəhər görsənib.


O, 2 və 3 oktyabr tarixlərində Tbilisidə olacağını açıqlayıb, insanları şəhərin mərkəzindəki Azadlıq Meydanına toplaşmağa çağırıb.

Saakaşvili daha əvvəl oktyabrda yerli özünüidarə orqanlarına seçkilərlə vətənə qayıtmaq niyyətində olduğunu bildirmişdi. Gürcüstanda o, daxili axtarışa verilib və bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO