Yağışa görə Bakı İcra Hakimiyyətini məhkəməyə vermək olar? - Ekspertdən AÇIQLAMA - VİDEO

Yağışa görə Bakı İcra Hakimiyyətini məhkəməyə vermək olar? - Ekspertdən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Yağışa görə Bakı İcra Hakimiyyətini məhkəməyə vermək olar? - Ekspertdən AÇIQLAMA - VİDEO

39538

Son günlərin hava durumu “Bakıya yağış, qar yaraşmır” deyimini bir daha aktuallaşdırdı.
Bu dəfə də paytaxt küçələrində yağış sularından ibarət gölməçələr yarandı, sosial şəbəkələrdə sakinlərin üzləşdiyi əzablı anlarla bağlı videolar yayıldı.

Çoxsaylı suallar yaranır - İllərdir davam edən bu problemin səbəbi nədir? Niyə çıxış yolu axtarılmır? Niyə dövlətin bu istiqamətə ayırdığı milyonlarla vəsait öz səmərəsini vermir?

Bizim.Media bu suallara cavab axtarmağa çalışıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəli şəhər küçə və yollarında yaranan gölməçələrə görə Agentliyin günahlandırırlmasından təəssüflənir: 

“Bizim Agentlik yağış sularının idarəolunması ilə məşğul olan qurum deyil. Biz sadəcə küçələrdə təmir-tikinti, yenidənqurma işləri zamanı yağış barmaqlıqları quraşdırırıq. Son vaxtlar problem olan ərazilərdə, mümkün olan yerlərdə 10 km-dən çox bu cür sistem qurmuşuq. Bu sistemlə yağış sulları yaxınlıqdan keçən yağış kollektoruna, olmadığı halda isə kanalizasiya kollektoruna ötürülür. Qeyd edim ki, şəhərimizdə yağış kollektoru çox azdır. Əgər kollektorlar yoxdursa, həmin sistemin yaradılmasının heç bir əhəmiyyəti qalmır”.

Anar Nəcəfli qeyd edib ki, təmir zamanı ərazidə kollektor sisteminin işlək vəziyyətdə olub-olmadığı yoxlanılır, işlək deyilsə, işlək vəziyyətə salınır: 

“Bizdə istərdik ki, yollarda problem yaranmasın. Amma harda mümkündürsə, bunu edirik”.

Yol nəqliyyatı üzrə mütəxəssis Elməddin Muradlı isə Bizim.Media-ya açıqlamasında gölməçə probleminin yaranma səbəbini belə izah edib:

“Hacıbala Abutalibov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olanda yol kənarlarında, hətta məhəllədaxili yollarda olan yağış sularının idarə olunması sistemini məhv etdi və yağış sularını kanalizasiya xəttlərinə yönəltdi. Yaxşı ki, indi 50-60-cı illərdə çəkilən kanalizasiya sisteminin bir hissəsi qalır. Bu sistemin adı üstündədir - bu kanalizasiya sullarının idarə olunması üçündür. Kanalizasiya xətti isə “bezrazmer” deyil, yağış sularını da ora yönəldəndə bu cür vəziyyət yaranır. Bu sahədə Bakı Şəhər İcra Hakimiyyəti, AAYDA işini düzgün qurmur.
 

AAYDA yolu çəkir və yağış sularını kanalizasiya xəttinə yönləndirir. Yazıq “Azərsu” illərdir ki, açıqlamağa çalışır ki, bu qanunla qadağandır. Amma bu əmələ görə indiyədək heç kim cəzalandırmır. İndiki Bakı Şəhər İcra Hakimiyyəti də Hacıbala Abutalıbovun fəaliyyətini davam etdirir”.


Ekspert deyir ki, yağış sularının düzgün idarəolunmasına görə, bəzi ölkələrdə günlərlə yağan leysan yağışlar Bakıdakı kimi gölməçələr yaratmır. 

Elməddin Muradlı vətəndaşları bu cür problemlərə laqeyd qalmamağı, dəymiş ziyanın əvəzini məhkəmə yolu ilə dövlət qurumlarından tələb etməyə çağırdı. Qeyd etdi ki, yalnız bu cür kütləvi proseslər olarsa, qurumlar öz məsuliyyətini dərk edə bilər. 

Xatirə Nəsirli, Bizim.Media 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO