Koronavirus və antitel testlərinin qiyməti niyə BAHADIR?

Koronavirus və antitel testlərinin qiyməti niyə BAHADIR?

Hazırda oxunan: Koronavirus və antitel testlərinin qiyməti niyə BAHADIR?

39516

Dünyada olduğu kimi Azərbaycanda da COVID-19 testi dövlət tərəfindən pulsuz aparılır. Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzi virus əlaməti olan şəxslərdə bu prosesi aparırlar. Amma əlaməti olmayan, sadəcə özünü yoxlatmaq məqsədilə test vermək istəyənlər mütləq ki, xərcə düşməli olurlar. Xüsusilə özəl xəstəxanalarda istər koronavirus, istərsə də antitelin yoxlanması üçün götürülən testlərin qiymətləri həddindən artıq bahadır. Bununla bağlı son zamanlar şikayətlərin sayı daha da artıb. Belə ki, burun və ağız boşluğundan yaxma, yəni Polimeraz Zəncirvari Reaksiya (PZR və ya PCR) testi, eləcə də seroloji - qan analizlərinin qiyməti 40 -100 manat aralığında dəyişir. 

Məsələn, Bakı Medikal Plazada burun-boğaz boşluğundan götürülən yaxma 100 AZN təşkil edir. Virusu keçirəndən sonra immunitetin yaranıb-yaranmadığını müəyyən etmək üçünsə 60 AZN ödəniş tələb olunur.

Mərkəzi Klinikada PCR testi 90 manat, qandan analiz üçün 40 manat ödəniş etmək lazımdır. Diaqnoz Tibb Mrkəzində PCR testi 65 AZN, qandan isə 50 AZN-ə təklif olunur. Nəsrəddin Tusi adına Klinikada PCR üçün 70 AZN, qandan test isə 60 AZN-ə başa gəlir. 

Beləliklə digər özəl xəstəxanalar da daxil olmaqla qiymətlər dəyişir. Amma özəl xəstəxanaların hamısında götürülən testin cavabları elə həmin gün, konkret 2-3 saat ərzində hazır olur.

Bundan əlavə götürülən testlərin hamısı heç də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təqdim olunmur. TƏBİB tərəfindən xüsusi aparatlar bəzi özəl xəstəxanalarda quraşdırılıb. 

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, qurum özəl xəstəxanalarda testlə bağlı qiymətlərə nəzarət edə bilmir. Yəni o xəstəxanalardakı test qiymətlərini klinikalar özləri müəyyənləşdirir.
 

MÖVZU İLƏ BAĞLI:

COVID-19 beynimizi necə məhv edir? - ŞOK NƏTİCƏLƏR AÇIQLANDI


Qiymətlərin bu qədər baha olmasına gəlincə isə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib ki, test prosesi özəl sektora baha başa gəldiyi üçün qiymətlər yüksəkdir:

“Həm özəl sektorda xidmətin üzərinə əlavə dəyər vergisi də gəlir. İstənilən halda test texnalogiyasının necə və hansı şəkildə aparılması prosesini araşdırmaq lazımdır ki, qiymətlərin baha olmasını çözmək mümkün olsun”, - deyə həkim əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO