Bu gün Bakı Dövlət Universitetində (BDU) əyani tədris prosesinə başlanılıb.
Universitetdən Bizim.Media-ya verilən məlumata görə, mühazirə dərsləri “BLACKBOARD” platforması üzərindən onlayn formada, məşğələ və laboratoriya dərsləri isə ənənəvi qaydada keçiriləcək.
BDU Elmi Şurası bu qərarı COVID-19 pandemiyası ilə əlaqədar tələbə sıxlığının aradan qaldırılması məqsədilə, mövcud maddi-texniki bazanı, auditoriya fondunu və auditoriyaların tutumunu nəzərə alaraq atıb.
MÖVZU İLƏ BAĞLI:
BDU-da yaranan izdihamın səbəbi bu imiş – Universitetdən AÇIQLAMA
Əyani formada dərslər iki növbədə olmaqla keçiriləcək. Bunun üçün də auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə ediləcək.
Hər bir fakültədə, auditoriyalarda, həyətyanı ərazidə əməkdaş və tələbələrin sosial məsafəni qorumasına, sanitariya-gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət olunur.
Xüsusi karantin rejiminin tələblərinə riayət olunması, xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə tələbə valideynlərindən BDU-nun qarşısında toplaşmamaq xahiş olunur.
Bizim.Media