Putinin şəxsi cangüdəni özünü öldürdü

Putinin şəxsi cangüdəni özünü öldürdü

Hazırda oxunan: Putinin şəxsi cangüdəni özünü öldürdü

3915

Moskvada Kremlin ərazisində, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı Mixail Zaxarov xidmətdə olan zaman güllələnib. Fakt intihar kimi dəyərləndirilib.

Bizim.Media Teleqram-kanalına istinadən xəbər verir ki, Zaxarov Rusiya Prezidenti Vladimir Putinin şəxsi mühafizəçilərindən biri idi.

Zaxarovun həmkarlarının sözlərinə görə, “Onun ölüm səbəbi çoxsaylı təmir işləri ola bilərdi. Son növbələrin birində, o, 15 saatdan çox işdə qalmaq məcburiyyətində olub”- deyə əlavə ediblər.

Məlumatda deyilir ki, kəskin kadr çatışmazlığı səbəbindən son vaxtlar FTX-də iş vaxtının artması daha tez-tez baş verir. Çox vaxt işçilər yalnız öz növbəsində deyil, həm də işdən çıxan həmkarları üçün çalışmalı olurlar və əlavə xidmət saatları heç bir şəkildə ödənilmir.

Zaxarovanın həyat yoldaşı isə ərinin ölümü haqda heç bir məlumatı olmadığını deyib, ona sadəcə intihar etdiyi haqda məlumat veriblər. 

Yaxınlarının dediklərinə görə isə Mixalil Zaxarov bir müddət idi ki, həyat yoldaşı ilə yaşamırdı və dekabr ayında qarşılıqlı razılıq əsasında boşanmalı idilər.

Ayfər Nizaməddin qızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO