Rusiyanın əsas düşmənləri kimdir? – Putinin CAVABI

Rusiyanın əsas düşmənləri kimdir? – Putinin CAVABI

Hazırda oxunan: Rusiyanın əsas düşmənləri kimdir? – Putinin CAVABI

0:00
0:00
38971

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü baş nazirin müavinləri ilə görüşündə Rusiyanın əsas düşməninin yoxsulluq, eləcə də səhiyyə, təhsil və infrastrukturdakı problemlər olduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

Kremlin sahibi seçkilərin başa çatdığını, sözdən əməli işə keçməyin vaxtı gəldiyini deyib.

"Vahid Rusiya siyahısının liderləri ilə eyni onlayn formatda danışdım və onlara dedim ki, bəzi qərargahlarda seçkilərin nəticələri elan edildikdən sonra belə bir döyüş fəryadını eşitdim: “Ura!”. Ancaq gərək bütün məqsədlərə çataq, qışqırmaq hələ tezdir. Düşmən hələ məğlub edilməyib”, deyə Putin qeyd edib.

Prezident Rusiyanın hələ də üzərində işləyəcəyi çox şeyin olduğunu vurğulayıb. "Əsas məqsəd ölkə vətəndaşlarımızın həyat və yaşayış səviyyəsini yaxşılaşdırmaqdır".

Putin qarşıya qoyulan vəzifələrin operativ, savadlı və təsirli bir şəkildə həyata keçirilməsi üçün baş nazir müavinlərinə göstəriş verib. 

Dövlət başçısı seçkiqabağı dövrdə gördükləri işlərə və seçkilərin nəticələrinə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO