Almaniya Federativ Respublikasında keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası (SDP) kiçik bir fərqlə qalib gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Federal Seçki Komissiyası sədrinin saytında yer alıb.
Mənbə bildirir ki, SDP 27 sentyabr bazar ertəsi gecəsi yayılan rəsmi ilkin nəticələrə görə, səslərin 25,7 faizini qazanıb. Onun ən yaxın rəqibi Xristian Demokratik Birliyi və Xristian Sosial Birliyi (XDB / XSB) bloku seçicilərin 24,1 faiz dəstəyini əldə edib.
Deutsche Welle yazır ki, Soyuz 90 / Yaşıllar partiyası 14,8 faiz, Azad Demokrat Partiyası (ADP) 11,5 faiz, “Almaniya üçün alternativ” 10,3 faiz səs toplayıb.
Solçu partiya seçicilərin 4,9 faizi tərəfindən dəstəklənib. Beləliklə beş faizlik barajı aşmayıb. Lakin bu siyasi qüvvə parlamentdə fraksiya qura biləcək, çünki onun üç nümayəndəsi Berlin və Leypiqdə birbaşa mandat alıb.
Səsvermənin sonunda Almaniya Kansleri vəzifəsinə hər iki əsas namizəd - Olaf Şolz və Armin Laşet yeni Almaniya hökuməti qurmağa hazır olduqlarını elan ediblər. Beləliklə, SDP-nin kansleri namizədi Şolz hesab edir ki, Bundestaq seçkilərinin nəticələrindən sonra partiyası seçicilərdən hökumət qurmaq üçün mandat alıb.
Öz növbəsində, Laşet, XDB / XSB tərəfindən "federal bir hökumət qurmaq üçün mümkün olan hər şeyi edəcəyini" söyləyib.
Infratest dimap sorğusunun proqnozlarına görə, Almaniyadakı seçkilərdə son fəallıq 76 faiz olub. 2017-ci ildə keçirilən əvvəlki parlament seçkilərində seçicilərin 76,2 faizi iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:00 / 27.09.2021
Merkelin partiyası Bundestaq seçkilərində məğlub oldu
Hazırda oxunan: Merkelin partiyası Bundestaq seçkilərində məğlub oldu
Hazırda oxunan: Merkelin partiyası Bundestaq seçkilərində məğlub oldu
38884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.