Co Baydenin ayağı qırıldı

Co Baydenin ayağı qırıldı

Hazırda oxunan: Co Baydenin ayağı qırıldı

3874

ABŞ-da keçirilən prezident seçkilərinin qalibi, Demokratlar Partiyasının nümayəndəsi Co Baydenin ayaq sümüklərində qırıq aşkarlanıb.

Bizim.Media RİA Novostiyə istinadla bildirir ki, həkimlər tomoqrafiyada lateral və orta sfenoid sümüklərin qırıqlarını təsdiqləyiblər.

Ehtimal olunur ki, Bayden bir neçə həftə xüsusi çəkmədə gəzməli olacaq.

Qeyd edək ki, Bayden  keçən şənbə  Major adlı iti  ilə oynayarkən  sürüşüb.  İlkin  müayinlələr zamanı sümüklərdə hər hansı bir zədə  aşkar etməyib, yalnız əzələ gərginliyi diaqnozu qoyub. Lakin Bayden əlavə müayinəyə göndərilib.

Xatırladaq ki, ABŞ-da  3 noyabrda  keçirilən prezident seçkilərində Ağ  Ev uğrunda   Respublikaçı Donald Tramp və demokrat  Co Bayden mübarizə aparıb.

Rəsmi seçki nəticəsi olmasa da, dünya liderləri Baydeni qələbəsi münasibətilə təbrik ediblər. Tramp isə öz növbəsində hələ məğlubiyyətini rəsmi olaraq etiraf etməyib və məhkəməyə  baş vurub.

Eyni zamanda, ABŞ-ın 45-ci Prezidenti hakimiyyətin ötürülməsi üçün rəsmi prosedurların başlanmasına icazə verib.

Yeni  dövlət başçısının andiçmə mərasimi  isə 2021-ci il yanvarın 20-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO