“Şair Sabir” gəmisi xarici sulara yola salındı   

“Şair Sabir” gəmisi xarici sulara yola salındı   

Hazırda oxunan: “Şair Sabir” gəmisi xarici sulara yola salındı   

38709

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Sabir” universal yük gəmisi əsaslı təmir olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə QSC-dən bildirilib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər vaxtında və uğurla başa çatdırılıb. 

Plana uyğun olaraq gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub.

Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. 

Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və göyərtəsi abraziv qumla tam təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib. 

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib.

Belə ki, “Şair Sabir” gəmisi yerli karbamidlə yüklənmiş vəziyyətdə Türkiyəyə doğru səfərə yola düşüb. 

Qeyd edək ki, “Şair Sabir” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO