ABŞ görüşündə ATƏT-in Minsk Qrupunun danışıqlara qayıtmaq CƏHDİ - DETALLAR

ABŞ görüşündə ATƏT-in Minsk Qrupunun danışıqlara qayıtmaq CƏHDİ - DETALLAR

Hazırda oxunan: ABŞ görüşündə ATƏT-in Minsk Qrupunun danışıqlara qayıtmaq CƏHDİ - DETALLAR

38666

44 günlük savaşdan bir il ötməmiş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu.

Bizim.Media xəbər verir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.

Həmsədrlərin çıxışından bu hiss olunmasa da, Azərbaycan tərəfi görüşün Ermənistanın təşəbbüsü ilə baş verdiyinə eyham vurub. Hətta bunu hazırlanmış ssenari də adlandırmaq olar. 
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT-dən Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə AÇIQLAMA 


Görüş barədə isə bunları demək olar:

1. Həmsədrlərin bəyanatında "status" sözünün olmaması müsbət haldır.

2. Amma "Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə olunub ki, bunu sadəcə "Ermənistan-Azərbaycan konflikt"i adlandırmaq olardı.

3. Həmsədrlərin konkret gündəliyi və iş mexanizminin yoxluğu: onlar nəyin üzərində çalışacaq? 

4. Həmsədrlərin öz aralarında da ziddiyyət var. 

5. Ümumilikdə müəyyənliyin qeyri-müəyyənliyi də mövcuddur ki, bu da tərəflərin konfrontasiyalı yanaşmasının davamıdır. 

6. Problemlərin həllini öz istədikləri kimi, hətta güc yolu ilə reallaşdırmağı heç kim ləğv etməyib və tərəflər belə bir məsuliyyətin altına imza atmayıblar.

Rusiyalı bəzi ekspertlər görünən vəziyyətin region vasitəçiliyində Kreml monopoliyasının qalacağına işarə kimi qiymətləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO