Zəngilanı Naxçıvanla birləşdirən yolun inşası necə gedir? - FOTO

Zəngilanı Naxçıvanla birləşdirən yolun inşası necə gedir? - FOTO

Hazırda oxunan: Zəngilanı Naxçıvanla birləşdirən yolun inşası necə gedir? - FOTO

38507

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvanla birləşdirmək baxımından böyük əhəmiyyətə malikdir.

Uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürür.

Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 km-lik hissəsi 6, qalan 43.8 km-lik hissəsi isə 4 hərəkət zolaqlı olacaq. Hazırda yolun 81 kilometrlik hissəsində torpaq işləri icra olunur.

Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edəcək.

Yeni inşa edilən yol boyunca ümumi uzunluğu 6015 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid inşa ediləcək. Həmçinin 400 dairəvi boru və düzbucaqlı su keçidi, kommunikasiya xətləri üçün 60 ehtiyat keçid tikiləcək. Hazırda 8 körpünün təməl və svay işləri görülür.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir.

Hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Alçina Amilqızı, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO