İlham Əliyevdən ÇAĞIRIŞ - “Ermənistan seçim etməlidir”

İlham Əliyevdən ÇAĞIRIŞ - “Ermənistan seçim etməlidir”

Hazırda oxunan: İlham Əliyevdən ÇAĞIRIŞ - “Ermənistan seçim etməlidir”

38456

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edib. 

Bizim.Media xəbər verir ki, Dövlət başçısı çıxışında Azərbaycanın Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdığını və hər kəsin bunu nəzərə almalı olduğunu bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu şirkətlərə qarşı hüquqi tədbirlərə başladı - Prezident


““Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır. 

Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. 

Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. 

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO