Azərbaycanın Türkiyə və Böyük Britaniya ilə Hökumətlərarası Komissiyasının tərkibi genişləndirildi – SƏRƏNCAM 

Azərbaycanın Türkiyə və Böyük Britaniya ilə Hökumətlərarası Komissiyasının tərkibi genişləndirildi – SƏRƏNCAM 

Hazırda oxunan: Azərbaycanın Türkiyə və Böyük Britaniya ilə Hökumətlərarası Komissiyasının tərkibi genişləndirildi – SƏRƏNCAM 

38361

Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri birgə komissiyanın tərkibə əlavə edilib. 

Xarici İşlər Nazirliyinə Azərbaycanla Türkiyə, Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibinə edilən dəyişiklik barədə Türkiyə tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO