Sarkisyanın yeznəsi:

Sarkisyanın yeznəsi: "Cəmiyyət idarə olunur və Nikolun tələsinə düşür"

Hazırda oxunan: Sarkisyanın yeznəsi: "Cəmiyyət idarə olunur və Nikolun tələsinə düşür"

3823

"Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha pis olacaq".

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "Facebook" səhifəsində yazıb.

Qarabağdakı məğlubiyyətə görə baş nazir Nikol Paşinyanı ittiham edən sabiq diplomat bildirib: "Aydındır ki, cəmiyyət idarə olunur və Nikolun tələsinə düşür. Hadisələrə reaksiya verdikdə isə ya müvafiq olmur, ya da gecikmə baş verir.

Yenə də nikolizmin tələsinə düşən insanlar kapitulyasiyadan sonra ölkənin "yarı insanlar" tərəfindən idarə edilməsinə qərar verdilər. İndi 10 noyabrda olması lazım olan bir konsensus artıq formalaşmaqdadır.

Konsensusa görə Nikol və onun dəstəsi ölkənin başında ola bilməz.

Kapitulyasiyadan sonra onlar bu günə qədər hələ də ərazilərin verilməsinə davam edirlər. Hətta buna bəyanatda nəzərdə tutulmamış ərazilər də daxildir. Bununla hər şeyi korlayaraq gələcəyimizə mina düzürlər.

Əgər erməni tərəfi məğlub və acınacaqlı cahil deyil, xəritəyə az-çox bələd olan mərhəmətli nümayəndə təqdim etsəydi, Zoddakı (Kəlbəcərdə yerləşən qızıl yatağı-red) biabırçılığın qarşısını almaq mümkün olardı. Ancaq bunlar yerindən tərpənmədi. Zod yatağını itirdik. Bu, yalnız başlanğıcdır.

Müqavilədə Laçın yolu boyunca 5 km genişlikdə olan dəhliz haqqında yazılır və bu dəhlizdə erməni əhalisi və yaşayış yerlərinin köçürülməsi barədə bir söz deyilmir. Ancaq anlaşılmaz avtoritet sahibi olan Nikol və "Facebook" klounu, qeybətçi Arayik Arutyunyan yolboyu kəndləri boşaltmaq əmri verir.

Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin. Daha pis şeylər olacaq. Nikol Paşinyanın ölkə başında durduğu müddətdə biz məğlub olacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO