Azərbaycanda bir gündə iki İNTİHAR 

Azərbaycanda bir gündə iki İNTİHAR 

Hazırda oxunan: Azərbaycanda bir gündə iki İNTİHAR 

36866

Azərbaycanda daha iki intihar hadisəsi olub. 

Bizim.Media xəbər verir ki, onlardan biri paytaxtda baş verib.

Hadisə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 152 ünvanında evdə qeydə alınıb. Şəki rayon sakini olan 19 yaşlı Ataməli Mustafazadə özünü yaşadığı evdə asaraq intihar edib.  

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Digər intihar hadisəsi Göyçayın Bəydövül kəndində baş verib. 

52 yaşlı İradə Şixəliyeva sirkə turşusu içərək intihar edib. Onkoloji xəstəlikdən əziyyət çəkən kənd sakini xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO