Övladı məktəbə gedəcək valideynlərin nəzərinə! – QİYMƏTLƏR - VİDEO 

Övladı məktəbə gedəcək valideynlərin nəzərinə! – QİYMƏTLƏR - VİDEO 

Hazırda oxunan: Övladı məktəbə gedəcək valideynlərin nəzərinə! – QİYMƏTLƏR - VİDEO 

36153

Azərbaycanda yeni dərs ilinin mərhələli şəkildə sentyabrın 22-si və 29-unda başlayacağı barədə xəbər məktəb geyimlərinin alış-verişində canlanma yaradıb.

Bəs görəsən şagird sayı qədər məktəbli forması varmı və qiymətlərdə dəyişiklik olubmu?

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, yeni dərs ilinin yeni vaxtda başlaması və bu xəbərin dünən elan olunması ənənəvi məktəbli geyimlərinə təlabatı artırdı. 

Bu il ilk dəfə aşağı və yuxarı sinif şagirdləri üçün dərslər müxtəlif vaxtlarda başlayacaq. Amma geyim almaq növbəsində aşağı sinif şagirdlərinin valideynləri ilə yanaşı, yuxarı sinif şagirdlərinə də valideynlərinə rast gəlinir.
 

MÖVZU İLƏ BAĞLI:

Hər gün neçə məktəbli forması satılır? - İnanılmaz MƏNZƏRƏ


9-cu sinif şagirdi Əli deyir ki, dərslərin başlama vaxtı dəqiqləşən kimi özünə mətkəbli forması almağa gəlib.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyir ki, məhz ötən gün dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlum açıqlamadan sonra məktəbli geyimlərinin satışında artım var. Artan təlabat isə, hansısa qıtlıq ilə nəticələnməyib.

Yeni tədris ilinə hazırlaşan valideynlər məktəbli geyimlərinin qiymətində bu il də hansısa dəyişikliklə rastlaşmayacaqlar.

Qeyd edək ki, ölkəmizdə orta məktəb şagirdlərinin sayı təqribən 1 milyon 500 min nəfərdən çoxdur və onlar üçün nəzərdə tutulan məktəbli formalarının qiymətində sonuncu dəyişiklik 2017-ci ildə edilib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO