ABŞ-da yaşayan azərbaycanlı “Cage Fury FC 50” turnirinin qalibi oldu

ABŞ-da yaşayan azərbaycanlı “Cage Fury FC 50” turnirinin qalibi oldu

Hazırda oxunan: ABŞ-da yaşayan azərbaycanlı “Cage Fury FC 50” turnirinin qalibi oldu

36101

ABŞ-da yaşayan qarışıq döyüş növləri üzrə idman ustası Hüseyn Əliyev Hyuston şəhərində keçirilən “Cage Fury FC 50” turnirində qələbə qazanıb.

Bizim.Media-nın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən Əliyev “Bayou City Event Center”in arenasında təşkil edilən turnirdə 27 yaşlı ABŞ idmançısı Kemeron Qreyvislə qarşılaşıb və rəqibinə qalib gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ABŞ-dakı beynəlxalq yemək festivalında təmsil olundu - FOTOLAR


Qeyd edək ki, Hüseyn Əliyev 1990-cı ildə Bakıda anadan olub.

MMA üzrə 3 qat dünya çempionu olan Hüseyn Əliyev peşəkar döyüşdə aktivinə 11 qələbə, 1 heç-heçə, passivinə isə 4 məğlubiyyət yazıb. Həmvətənimiz daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün bir neçə il öncə ABŞ-a köçüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO