Nazir müavini Fərid Qayıbovun təqdimat mərasiminə niyə QATILMADI? - ÖZƏL

Nazir müavini Fərid Qayıbovun təqdimat mərasiminə niyə QATILMADI? - ÖZƏL

Hazırda oxunan: Nazir müavini Fərid Qayıbovun təqdimat mərasiminə niyə QATILMADI? - ÖZƏL

36058

Xəbər verildiyi kimi Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.

Təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev həyata keçirib. 

Təqdimatda maraqlı nüans ortaya çıxıb. Belə ki, Fərid Qayıbovun kollektivə təqdim olunma mərasiminə 3 nazir müavinindən biri - İsmayıl İsmayılov qatılmayıb. Mərasimlə bağlı fotogörüntülərdə digər nazir müavinləri Fərhad Hacıyev və İntiqam Babayev əks olunsa da, İsmayıl İsmayılovun iştirak etmədiyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni gənclər və idman naziri kollektivə təqdim olunub - FOTO


Bizim.Media-nın əldə etdiyi məlumata görə İsmayıl İsmayılov xaricdə ezamiyyətdə olduğu üçün sözügedən mərasimə qatıla bilməyib. 

Özü ilə əlaqə saxlamağa çalışsaq da, nazir müavini zənglərimizi cavabsız qoyub. 

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Qayıbov Gənclər və İdman naziri təyin olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO