QƏRAR TƏSDİQLƏNDİ: Qonşu ölkədə karantin cərimələri silinəcək

QƏRAR TƏSDİQLƏNDİ: Qonşu ölkədə karantin cərimələri silinəcək

Hazırda oxunan: QƏRAR TƏSDİQLƏNDİ: Qonşu ölkədə karantin cərimələri silinəcək

35998

Gürcüstan Parlamenti karantin qaydalarının pozulmasına görə tətbiq edilmiş və ödənməmiş cərimələrin əfv edilməsini nəzərdə tutan qanun layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.

Bizim.Media xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında səsə qoyulan qanun layihəsinə 88 deputat lehinə səs verib, əleyhinə səs qeydə alınmayıb.

Gürcüstan Parlamentinin vitse-spikeri Giorgi Volski bildirib ki, müvafiq güzəşt yalnız 2021-ci ilin 23 iyununadək yazılan cərimələrin silinməsini nəzərdə tutur.

Əfv qərarının 245 min vətəndaşı və 344 hüquqi şəxsi əhatə edəcəyi, nəticədə 76 milyon lari (24 milyon ABŞ dolları) məbləğində cərimələrin silinəcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO