“Avtomobil idarə edərkən ən çox telefonla danışan qadınlardır” - VAQİF ƏSƏDOV

“Avtomobil idarə edərkən ən çox telefonla danışan qadınlardır” - VAQİF ƏSƏDOV

Hazırda oxunan: “Avtomobil idarə edərkən ən çox telefonla danışan qadınlardır” - VAQİF ƏSƏDOV

35744

“Hazırda Azərbaycanda 50 minə yaxın qadın sürücümüz var. Bu sevindirici bir faktdır və getdikcə sayı çoxalır. Nə yaxşı ki, onlar da kişi sürücülərimizlə çiyin-çiyinə bu sahədə püxtələşirlər və professonal şəkildə avtomobil idarə edirlər”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rus maşınları BAHALAŞDI - Avtomobil bazarında ŞOK


Onun sözlərinə görə yol hərəkəti qaydalarının pozulması hallarında qadınların da payı az deyil:

“Yol polisinin saxlama işarəsinə əhəmiyyət verməyən ən çox qadınlardır. Sükan arxasında mobil telefonla ən çox qadınlar danışır. Düzdü, kişilərə nisbətən təhlükəsizlik kəmərlərindən daha çox qadınlar istifadə edir. Bu müsbət haldır”.

Vaqif Əsədov onu da bildirib ki, təəssüf ki, yol-qəza hadisələrində sürücü xanımlar da var. Onların sayı çox deyil.

Müqayisə etsək, görün 50 min xanım sürücü 1 milyon 400 min kişi sürücüdən nə qədər azdır? 

“Amma bütün sahələrdə nümunə olan qadınlarımız yol hərəkəti zamanı da səliqə-sahman nümayiş etdirirlər. Bu məni bir yol polisi, vətəndaş və sürücü kimi sevindirir”- deyə Vaqif Əsədov əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO