İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısını dərc edib.
Hərrac okytabrın 5-də saat 10.00-da baş tutacaq.
Bizim.Media hərraca çıxarılan bəzi obyektlərin siyahısını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
7 ayda Azərbaycanın ixracı nə qədər olub? - AÇIQLANDI
Yardımçı təsərrüfat (torpaq sahəsi ilə birlikdə) - Daşkəsən rayonu, Alunitdağ qəsəbəsi – 75000 manat (ilkin start qiyməti)
42 saylı mağaza - Bakı şəhəri, Suraxanı rayonu – 400 000 manat
52 saylı mağaza - Siyəzən şəhəri – 750 manat
27 saylı mağaza - Şirvan şəhəri – 26000 manat
Mal tövləsi - Şirvan şəhəri – 20000 manat
Yüksəliş yardımçı təsərrüfatı - Salyan rayonu – 751500 manat
5 saylı mağaza - Yevlax rayonu - 3000 manat
6 saylı hamam - Lənkəran şəhəri - 75000 manat
Talış kənd klubu - Quba rayonu - 2000 manat
Qusar Kərpic sexi – 210000 manat
Əlavə edək ki, hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsi şöbəsindən almaq olar.
Xatirə, Bizim.Media