Bir gündə 12 uşaq “sirli xəstəlik”dən öldü

Bir gündə 12 uşaq “sirli xəstəlik”dən öldü

Hazırda oxunan: Bir gündə 12 uşaq “sirli xəstəlik”dən öldü

34897

Hindistanın Firozabad şəhərində son sutkada 12 uşaq “sirli yüksək temperatur”dan həyatını itirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb. 

Uttar Pradeş vilayətinin bəzi bölgələrində yayılan temperatur səbəbindən keçən həftə 40-ı uşaq olmaqla, 68 nəfər ölüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Kabildə ölən uşaqların sayı AÇIQLANDI - RƏSMİ


Xəstələrin çoxunda yüksək atəş, orqanizmdə suyun azalması və trombosit sayının qəflətən azalması müşahidə edilib. Sağalma müddəti 10 günü ötdüyü üçün dövlət xəstəxanalarının yataq sayı dolub. 

Aqra, Matura, Mainpuri, Etah və Kasqanj bölgələrindən çox sayda yoluxma məlumatı daxil olub. Firozabad “sirli xəstəliyin” ən çox görüldüyü bölgədir.

Burada son sutkada 12 uşaq ölüb, ölümlərin dəqiq səbəbi araşdırılır. 

Firozabad tibb fakültəsində 135 uşaqdan 72-nin yaşamaq uğrunda mübarizə apardığı bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO