“Gedib evdə deyəcəyəm ki, lap mənim yanımda oturmuşdular” - Nəriman Həsənzadənin ŞUŞA çıxışı

“Gedib evdə deyəcəyəm ki, lap mənim yanımda oturmuşdular” - Nəriman Həsənzadənin ŞUŞA çıxışı

Hazırda oxunan: “Gedib evdə deyəcəyəm ki, lap mənim yanımda oturmuşdular” - Nəriman Həsənzadənin ŞUŞA çıxışı

0:00
0:00
34847

“Bir dəfə mən demişdim ki, cənab Prezident Siz mənim gözümün qabağında böyümüsünüz. Özünüz də dediniz, Siz burada idiniz, 20 yaşınız var idi, cənab Prezident. İndi burada cismani olaraq bircə Heydər Əliyev yoxdur, bir də Zərifə xanım yoxdur. Hamısı buradadır. Abidə də buradadır. Hamımız buradayıq. Özü də Siz gətirmisiniz. “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır”. Siz bizim ilham mənbəyimizsiniz”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışı zamanı Xalq şairi Nəriman Həsənzadə səsləndirib.

“Cənab Prezident, mən onda olduğu kimi bir sirri də deyəcəyəm. Gedib evdə deyəcəyəm ki, lap mənim yanımda oturmuşdular, Prezident də danışanda mənə baxırdı.

Siz bizi müalicə edirsiniz, dirildirsiniz, həyat bağışlayırsınız. Mən şadam, çox şadam, Allah Sizin başınızı uca eləsin. Allah Sizə dəyməsin. Bax, burada hamı İlham deyir. Yolda söhbət edirdik, Nizami Cəfərova deyirdim ki, ay Nizami, Heydər Əliyev nəinki tədbirlər keçirirdi, nəinki abidələr ucaldırdı. Dədə Qorquddan üzü bəri həm də ədəbiyyat yaradıcısı idi. Heydər Əliyev. Ədəbiyyatımızı yaradırdı. Siz yanımızdasınız, biz həmişə Sizin yanınızdayıq. Başınız uca olsun. Qızım, Sizin də başınız uca olsun. Allah Sizi saxlasın. Çox şadam, 90 yaşımda gəncləşirəm”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO