“33 əsirin meyiti Azərbaycan tərəfinə verilməyib” - Səbinə Əliyeva

“33 əsirin meyiti Azərbaycan tərəfinə verilməyib” - Səbinə Əliyeva

Hazırda oxunan: “33 əsirin meyiti Azərbaycan tərəfinə verilməyib” - Səbinə Əliyeva

0:00
0:00
34784

"1998-2001-ci illərdə Qırmızı Xaç Komitəsinə daxil olan məktuba əsasən 54 nəfər sağ olan Azərbaycan vətəndaşına Qarabağda Komitə tərəfindən baş çəkilib".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, sonradan onlar da qətlə yetirilib:

“Həmin şəxslərdən 17 nəfərinin nəşi qaytarılıb, 33 nəfərin meyiti Azərbaycan tərəfinə verilməyib.  4 nəfərin taleyi isə naməlum qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan 30 ildir ki, Ermənistanın təcavüzü ilə üzləşib" - Leyla Abdullayeva


Ermənilər müharibə zamanı mülki şəxslərə qarşı qatı cinayət tərətdilər. Bundan başqa onlar üçtərəfli bəyannaməni pozaraq, hələ də təxribatlarının davam edirlər.

Mən bütün beynəlxalq hüquq təşkilatlarını Azərbaycanın Ermənistan ərazisində qalan vətəndaşların sağ qalanlarının qaytarılmasını, ölənlərin isə nəşinin qaytarılmasında əllərindən gələn köməkliyi bizə göstərməyə çağırıram".

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO