Litvalı jurnalist:

Litvalı jurnalist: "Dedilər ki, Tehran Mənsimova bənzəyirəm"

Hazırda oxunan: Litvalı jurnalist: "Dedilər ki, Tehran Mənsimova bənzəyirəm"

34652

Litvalı Riçardas Lapaitis, birinci qarabağ döyüşləri zamanı Şuşada olan tək-tük xarici jurnalistlərdən biri olub.  

Şuşa azad olunandan sonrakı səfəri isə onu xeyli heyrətləndirib.   

“Fotoda komandir, əziz şəhər Şuşanın, azad olunması əməliyyatlarına rəhbərlik etmiş, bütün Azərbaycanın sevimlisi polkovnik Tehran Mənsimovdur.”   

Bizim.Media xəbər verir ki, bu sözləri Litvalı jurnalist Riçardas Lapaitis feysbuk səhifəsində qeyd edib.  

Jurnalistin sözlərinə görə Şuşada olanda, hərbçilər tez-tez ona baxırmışlar.  

“Fikirləşirdim ki, bunun səbəbi nədir? Sonra bir nəfər yaxınlaşıb izah etdi ki, mən onların sevimli polkovniki Tehran Mənsimova bənzəyirəm”.  

Riçardas Lapaitis hərbçilərimizə təşəkkür edib:  

“Doğma şəhər Şuşanı azad edən və bununla da düşmən qüvvələrini tam kapitulyasiya imzalamağa məcbur edən bütün əsgərlərin qarşısında baş əyirəm.”

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO