Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkan regionuna səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Anadolu” agentliyi yayıb.
Mənbə yazır ki, Ərdoğan ilk olaraq Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə gəlib.
Bildirilib ki, Türkiyə Prezidenti burada naməlum əsgərin abidəsini ziyarət edib, əklil qoyub.
Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezidiumunda təmsil olunan boşnak, xorvat və serb nümayəndələrlə görüş keçirəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Bosniya və Herseqovinaya rəsmi səfərini tamamladıqdan sonra Monteneqroya gedəcək.
Bizim.Media