Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsdi – SƏBƏB

Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsdi – SƏBƏB

Hazırda oxunan: Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsdi – SƏBƏB

34111

Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsib.

Bizim.Media xəbər verir ki, Əlcəzairin xarici işlər naziri Ramdan Lamamra keçirdiyi mətbuat konfransında bu addımı qonşu dövlətin “düşməncəsinə etdiyi hərəkətlərlə” izah edib.

Bir neçə gün əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi Mərakeşlə diplomatik münasibətləri nəzərdən keçirəcəyini bəyan etmişdi. İki ölkə arasında gərginlik qərb sərhədlərində təxribatların artması ilə əlaqədardır. 

Əlcəzairlə Rabat Qərbi Səhrada mübahisəli əraziyə iddia edirlər.

Polisario Cəbhəsi adlanan və Əlcəzairin dəstəklədiyi siyasi təşkilat 1970-ci ilədək İspaniyanın müstəmləkəsi olmuş və sonradan Mərakeş tərəfindən işğal edilmiş torpaqların müstəqilliyi uğrunda mübarizə aparır. 

Bu münaqişə səbəbindən 1990-cı ildə Əlcəzair və Mərakeş arasında quru sərhədləri bağlanıb və iki dövlət arasında münaqişə getdikcə dərinləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO