"Məktəblər onlayn olmalıdır, səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur" – XƏBƏRDARLIQ 

Hazırda oxunan: "Məktəblər onlayn olmalıdır, səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur" – XƏBƏRDARLIQ 

34095

"Təəssüflər olsun ki, bugün Azərbaycanda sərt qapanma - mərhələli və ya birbaşa - yeganə çıxış yoludur ki, insanlar ölməkdən qorunsunlar". 

Bizim.Media xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib. 

Onun sözlərinə görə, sərt qapanmaya getməmək üçün də elmi əsaslı plan və strategiya mövcud idi, lakin buna əməl olunmadı: 
 

MÖVZU İLƏ BAĞLI:

Ənənəvi tədris yoluxma sayını artıracaqmı? - Millət vəkilindən AÇIQLAMA - VİDEO 


"Delta" variantı ilə bağlı Azərbaycan üçün xəbərdarlığımda peyvəndlər haqqında xüsusi olaraq "effektiv" ifadəsini istifadə etmişəm və bu cür effektiv peyvənd Azərbaycan üçün Çindən olan peyvənd deyil. Ümumiyyətlə isə peyvənd seçimində Azərbaycanda insanlar iki önəmli məsələ arasında qərar verməlidirlər:

Təhlükəsiz, az effektli peyvənd, yoxsa müəyyən qədər yan təsirləri ola biləcək yüksək effektli peyvənd. 

Ölkəmizdə elmi statistika yox səviyyəsindədir. Bu da insanlar arasında sistemə və xəstəliyə qarşı inamı sıfıra endirir. İngiltərədə peyvəndlər bugün 7,2 milyon əhalinin virusa yoluxmasının və 27 min ölüm halının qarşısını alıb.  

Bu Azərbaycanda necədir?". 
 

Mütəxəssis qeyd edib ki, payızda gözlənilən və lazımi tədbirlər görülmədiyinə görə, artıq Azərbaycanda indidən başlayan dalğa bugünə qədər pandemiya dönəmində görünənlərdən daha pis olacaq: 


"Uşaqlarınızı qorumalısınız. Təəssüf ki, məktəblər onlayn olmalıdır. Səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur". (medicina) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO