Azərbaycan Gürcüstana oksigenlə təchizatda kömək etdi

Azərbaycan Gürcüstana oksigenlə təchizatda kömək etdi

Hazırda oxunan: Azərbaycan Gürcüstana oksigenlə təchizatda kömək etdi

34076

Azərbaycan və Türkiyə Gürcüstana koronavirus xəstələri üçün oksigen təchizatında kömək göstərirlər. 

Bizim.Media verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib. 

Onun sözlərinə görə, ölkənin İqtisadiyyat və Xarici İşlər nazirlikləri Gürcüstanın oksigenlə fasiləsiz təminatı üçün fəal iş aparır. 

Nazir müavini qeyd edib ki, bu gün Gürcüstan xəstəxanalarında 7,4 min pasiyent müalicə olunur və onların 70 %-i oksigendən asılıdır:

“Oksigen ehtiyatları ilə təchizatda problemin yaranmaması üçün Gürcüstan onu bir neçə mənbədən əldə edir”. 

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigeni humanitar yardım kimi göndərib, onun qonşu ölkəyə çatdırlımasını da Azərbaycan tərəfi öz üzərinə götürüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO