"Tağıyevin heykəli sabah quraşdırılacaq" - Heykəltəraş 

Hazırda oxunan: "Tağıyevin heykəli sabah quraşdırılacaq" - Heykəltəraş 

34035

“Hacı Zeynalabdin Tağıyevin heykəli sabah quraşdırılacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

“Heykəlin quraşdırılacağı ərazidə işlər yekunlaşıb, postament də artıq hazırdır”, - o deyib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib.
 

Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.


Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının qarşısında ucaldılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO