Paşinyan: “Sərhədlərin demarkasiyasına və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır”

Paşinyan: “Sərhədlərin demarkasiyasına və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır”

Hazırda oxunan: Paşinyan: “Sərhədlərin demarkasiyasına və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır”

33987

Paşinyan Ermənistanın bölgədəki kommunikasiyaları açmağa  və Dağlıq Qarabağla bağlı konstruktiv danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yerləşdirilib.

“Hökumət ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edir” deyən baş nazir parlamentdə beş illik fəaliyyət proqramını təqdim edib:

“Bölgədə sülh və sabitliyin bərqərar olması üçün qonşularla əlaqələrin qurulması və inkişafı əsas əhəmiyyət kəsb edir”.

Baş nazir əmindir ki, Azərbaycanla sərhədlərin demarkasiyasına və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır:

“Bunun üçün iki ölkənin hərbçiləri sərhəddən geri çəkilməlidir. Hökumət bəzi qonşularla münasibətlərdə düşmənçiliyi aradan qaldırmaq əzmindədir”.

Paşinyan deyib ki, başqa aktyorların köməyi ilə kommunikasiyaların açılması səyləri bölgədə sülh və qarşılıqlı faydalı bir mühitin yaranmasına səbəb olacaq:

“Kommunikasiyaların açılması ölkənin uzunmüddətli blokadasını qaldıra bilər. Amma bu, mürəkkəb bir prosesdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO