Yeni səfirimiz ABŞ-da yaşayan azərbaycanlılarla görüşdü

Yeni səfirimiz ABŞ-da yaşayan azərbaycanlılarla görüşdü

Hazırda oxunan: Yeni səfirimiz ABŞ-da yaşayan azərbaycanlılarla görüşdü

33966

Azərbaycan Respublikasının ABŞ-a yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Nyu-York və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşün keçirildiyi məkanda səyyar konsulluq xidməti göstərilib və ölkəmizin ABŞ-a yeni təyin olunmuş konsulu Ceyhun Novruzov sənəd problemləri ilə qarşılaşan həmvətənlərimizin müxtəlif mövzular ətrafında suallarını cavablandırıb, mövcud problemlərin həlli istiqamətində konkret addımlar atılacağı barədə vəd verib.

Səfir yaxın gələcəkdə həmvətənlərimizin daha çox məskunlaşdığı ABŞ-ın bir çox şəhər və ştatlarında səyyar konsulluq xidmətinin fəaliyyətə başlayacağını deyib.

X. İbrahim Vaşinqtona gələ bilməyən azərbaycanlıların problemlərinin elə yaşadığı şəhərlərdə həllini tapacağını deyib. Səfir konsulluğun internet saytında məlumatların mütəmadi yenilənəcəyini, müasir tələblərə uyğun olaraq sorğuların operativ cavablandırılacağını bildirib.

O, dünyanın bütün ölkələrində olduğu kimi bütün azərbaycanlıların birlik və bərbərlik nümayiş etdirməsinin vacibliyinə diqqət çəkib.

Təxminən iki saat davam edən görüşdə icma üzvləri səfiri gələcək planları haqqında məlumatlandırıb, bir çox məsələlər ətrafında qarşılıqlı müzakirələr aparıblar. Bütün mövzularda həmvətənlərimizə dəstək olmağa hazır olduğunu deyən səfir bundan sonra da, bu kimi görüşlərin mütəmadi olaraq baş tutacağını dilə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO