Moskvanın cənub-qərbindəki “Bakinski dvorik” restoranına ötən il hücum edən ermənilərə hökm oxunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Türk restoranına HÜCUM ETDİ
Mənbə yazır ki, Moskvanın Nikulin rayon məhkəməsinin qərarı ilə A.A.Nikoyan, S.M.Nikoyan, A.A.Apreyan, A.P.Petrosyan, N.Ş.Petrosyan, R.K.Saakyan hadisəni törətməkdə (silah qismində vasitələrdən istifadə etməklə xuliqanlıq) təqsirli bilinib.
Onların hər biri cəzasını ümumi rejimli həbsxanada çəkməklə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bizim.Media