10 ildən sonra smartfonlar tamamilə lazımsız olacaq - EKSPERT

10 ildən sonra smartfonlar tamamilə lazımsız olacaq - EKSPERT

Hazırda oxunan: 10 ildən sonra smartfonlar tamamilə lazımsız olacaq - EKSPERT

33239

Smartfonlar 10 ildən sonra aktuallığını itirəcək, mobil qurğular yalnız bəzi həvəskarların istifadə edəcəyi rudimentə çevriləcək. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Veon qrupunun rəqəmsal məhsullar üzrə rəhbəri Corc Held səsləndirib.

Heldin qeyd etdiyi kimi, smartfon bu gün əsasən identifikasiya və məlumatların axtarışı üçün istifadə olunur.

Bununla yanaşı, biometrik texnologiyalardan istifadə edərək şəxsiyyətinizi təsdiq edə bilərsiniz: məsələn, üz, səs, yeriş və s. Məlumat isə smartfon olmadan da hansısa cihazın köməyi ilə əldə edilə bilər.

"İndiki “cib dostlarımız”dan fərqli olaraq hamının rahat işlədə biləcəyi başqa texnologiyalar olacaq”, deyə Held əlavə edib.

Mütəxəssis əlavə edib ki, smartfonlar əvvəldən də dar çərçivədə olan bir texnologiya hesab edilib, lakin texnoloji inkişafda mühüm rol oynayıb.

Qeyd edək ki, mütəxəssisin proqnozu olduqca cəsarətli görünür. Ancaq bir zamanlar insanların həyatını ciddi şəkildə dəyişdirən smartfonlar çox sürətlə yayılıb. Buna görə də tez bir zamanda onu əvəzləyə biləcək başqa bir texnologiya fantastik görünməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO