Sabiq prezident

Sabiq prezident "Taliban"la görüşdü

Hazırda oxunan: Sabiq prezident "Taliban"la görüşdü

33215

Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Ali Şuranın sədri Abdulla Abdulla "Taliban"la görüşüb. 

Bizim.Media "Khaama" agentliyinə istinadən verdiyi xəbərə görə, görüş bu gün Kabildə baş tutub. 

Agentlik bildirib ki, Həmid Kərzai və Abdulla Abdulla "Taliban"ın Dohadakı müzakirələr komandasının üzvü və Əfqanıstan İslam Əmirliyinin üç vəkilindən biri Saracudind Haqqaninin qardaşı Anas Haqqani ilə görüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Talibandan müraciət: “Vətəndaşlar silahları təhvil verməlidirlər”


Görüşdə həmçinin Nümayəndələr Palatasının spikeri Fazal Hadi Muslimyar və ovaxtkı prezident Həmid Kərzainin administrasiyasının rəhbəri Kərim Xurram da iştirak edib. 

Görüşdə medianın iştirakına icazə verilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO