Rüşvət alan məktəb direktorunun məhkəməsi başlayır

Rüşvət alan məktəb direktorunun məhkəməsi başlayır

Hazırda oxunan: Rüşvət alan məktəb direktorunun məhkəməsi başlayır

33213

Lənkəranda rüşvət almaqda təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayır.

Bu barədə Bizim.Media-ya Lənkəran rayon Prokurorluğundan bildirilib.

Xəbər verildiyi kimi, Lənkəran rayonu, Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın qanunsuz hərəkətləri ilə bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məktəb direktoru barəsində cinayət işi açıldı - SƏBƏB


Aparılmış istintaqla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməsinə, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Zeynəb Əhmədovaya müxtəlif maddələrlə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO