21 dekabrda nadir astronomik hadisə baş verəcək

21 dekabrda nadir astronomik hadisə baş verəcək

Hazırda oxunan: 21 dekabrda nadir astronomik hadisə baş verəcək

3291

ABŞ-ın Rays Universitetinin astronomları 21 dekabrda Günəş batdıqdan sonra gecə səmasında Yupiter və Saturnun bir-birlərinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə phys.org saytı məlumat yayıb.

Hava şəraiti imkan verərsə, bu nadir astronomik hadisə  Yerin hər yerindən müşahidə ediləcək.

Lakin bunun üçün ən əlverişli şərtlər ekvatora yaxın ərazilərdə olacaq.

Tədqiqatçılardan biri Patrik Hartiqanın sözlərinə görə, bu planetlər arasındakı yaxınlaşma təxminən 20 ildən bir baş verir.

Lakin orta əsrlərdən bəri onlar bir-birlərinə o qədər yaxınlaşmayıblar.

Belə ki, Yupiter və Saturunun bir-birinə minimum yaxınlaşması 1226-cı il martın 4-də baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO