DİQQƏT! Virusun yayılmasının əsas mənbəyi budur

DİQQƏT! Virusun yayılmasının əsas mənbəyi budur

Hazırda oxunan: DİQQƏT! Virusun yayılmasının əsas mənbəyi budur

32571

Hazırda dünyanın müxtəlif ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik bitki mənşəli viruslar yayılır.

Virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır.

Bizim.Media-ya bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara nəzarət edilir: “Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş toxumlar da daxil olur”.
 

MÖVZU İLƏ BAĞLI:

Virusun qarşısını almaq üçün idxal olunan toxumlar yoxlanılır? - AÇIQLAMA 


Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə etməməyə çağırıb:

“Toxumların əl yükləri və minik avtomobilərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO