Yasamalda binanın qarşısında narkotik qəbul edən şəxs saxlanıldı - FOTO

Yasamalda binanın qarşısında narkotik qəbul edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Yasamalda binanın qarşısında narkotik qəbul edən şəxs saxlanıldı - FOTO

32068

Polis tərəfindən sosial şəbəkələrdə Yasamal rayonunda yaşayış binalarının birində narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü, Abşeron rayon sakini Emil Dadaşov müəyyən olunaraq saxlanılıb.

Müdafiəçisinin iştirakı ilə saxlanılan şəxsin üzərinə videoçəkilişlə baxış keçirilib, onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO