Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Hazırda oxunan: Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

3193

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, gecə bəzi yerlərdə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Noyabrın 22-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacaq, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əssasən əlverişlidir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO