Paşinyana qarşı sui-qəsd hazırlanır – İDDİA 

Paşinyana qarşı sui-qəsd hazırlanır – İDDİA 

Hazırda oxunan: Paşinyana qarşı sui-qəsd hazırlanır – İDDİA 

31644

Ermənistanda ölkənin Baş naziri Nikol Paşinyana qarşı terror hücumunun olacağı ilə bağlı ciddi söz-söhbətlər dolaşır. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, hökumətin son dövrlərdəki ehtiyatlı davranışları bu cür müzakirələrin yaranmasına səbəb olub. 

Belə ki, avqustun 2-dən etibarən Ermənistan Parlemntinin yerləşdiyi binaya jurnalistlərin giriş-çıxışına və çəkiliş aparmasına məhdudiyyətlər tətbiq olunub.

Bundan əlavə, deputatlar üçün də təhlükəsizlik tədbirlərinin xeyli artırıldığı və onlara xüsusi çiplərin quraşdırıldığı bildirilir. 

Qeyd edək ki, bu cür təcili tədbirlərin görülməsini erməni mediası Nikol Paşinyana qarşı sui-qəsd hazırlığının görülməsi ilə bağlı təhlükəsizlik orqanlarında əsaslı məlumatların olması ilə əlaqələndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO