Fransız jurnalistlər ermənilərin Qarabağda törətdikləri vandalizmdən dəhşətə gəlib - FOTO

Fransız jurnalistlər ermənilərin Qarabağda törətdikləri vandalizmdən dəhşətə gəlib - FOTO

Hazırda oxunan: Fransız jurnalistlər ermənilərin Qarabağda törətdikləri vandalizmdən dəhşətə gəlib - FOTO

30576

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan fransız jurnalist, tarixçi Alain Roumestand və fransız fotoqraf Gregory Herpen işğaldan azad olunmuş Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində olublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildiriblər ki, səfər zamanı onlar ermənilərin 30 ilə yaxın müddət ərzində Azərbaycanın Qarabağ bölgəsində törətdikləri vəhşiliklərin, Oxçuçayın kütləvi şəkildə çirkləndirilməsinin şahidi olublar.

Fransız qonaqlar müxtəlif KİV-lərə müsahibələrində mövcud vəziyyətdən çox təsirləndiklərini bildiriblər.

Bakı şəhərindəki Azərbaycan–Fransız Universitetini (UFAZ), erməni kilsəsini və "Qobu-Park 3" yaşayış kompleksində fəaliyyət göstərən "Xarı Bülbül" mərkəzini ziyarət edən qonaqlar sosial şəbəkələrdə paylaşdıqları statuslarda Bakıya heyran olduqlarını, Azərbaycan paytaxtında böyük dəyişikliklərin baş verdiyini, Bakının qədimliklə müasirliyin qovuşduğu gözəl şəhərə çevrildiyini nəzərə çatdırıblar, ölkəmizdəki inkişaf proseslərinə diqqəti cəlb ediblər. Fransaya qayıtdıqdan sonra Azərbaycanda gördükləri inkişaf prosesləri, işğaldan azad olunan torpaqlarımızdakı mövcud vəziyyət barədə geniş məqalələrlə çıxış edəcəklərini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO