Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTO

Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTO

30439

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

Bizim.Media xəbər verir ki, nazir səfərlə eyni vaxtda təşkil olunan Konfrans Liqasının "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) oyununu izləyib.

O, Aşdod şəhərinə gedərək matça stadiondan canlı baxıb. Nazirlə yanaşı oyunu izləyənlər arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov da olub.

Onlar "Qarabağ”ı qələbə qazanaraq Konfrans Liqasında üçüncü mərhələyə keçmələri münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, səfərini başa vuran M.Cabbarov, O.Məmmədov və B.Qasımov "Qarabağ”la eyni təyyarədə Bakıya qayıdıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO